Bakıda yeni tramvay və metro stansiyalar inşa ediləcək.
“Bakı Metropoliteni” QSC sədri Vüsal Aslanov bildirib ki, paytaxtda tramvay layihəsi üzrə konseptual plan hazırlanır. İlkin mərhələdə Mehdiabaddan Bakının mərkəzinə tramvay xəttinin çəkilməsi nəzərdə tutulur və gələcəkdə şəhərdə 5 fərqli istiqamət üzrə tramvay şəbəkəsinin qurulması planlaşdırılır.
Eyni zamanda dövlət proqramı çərçivəsində Bakıda 10 yeni metro stansiyasının tikintisi planlaşdırılır. Şərti adı B4 olan stansiyanın ilin sonuna qədər istifadəyə verilməsi gözlənilir, digər 9 stansiya üçün isə bu il tender elan ediləcək.
Yeni metro xətləri Ağ Şəhər, 8 Noyabr prospekti və Nargilə dairəsi kimi əraziləri əhatə edəcək. Bildirilir ki, tramvay və metro bir-birini əvəz etməyəcək, əksinə şəhərdə nəqliyyat bağlantısını gücləndirən vahid sistem kimi işləyəcək.



