Baku Flames 2026 kreativ festivalının rəsmi proqramı elan olunub.
Baku Flames 2026 kreativ festivalı 15–16 may tarixlərində Bakıda keçiriləcək.
Tədbir reklam, marketinq və rəqəmsal sahə mütəxəssislərini bir araya gətirir. Proqramda beynəlxalq texnologiya platformalarının nümayəndələri və aparıcı agentliklərin kreativ liderləri çıxış edəcək.
.jpg)
Festival çərçivəsində 14 əsas çıxış, 6 panel və 6 workshop nəzərdə tutulub. İştirakçılar qlobal trendlər, sənaye müzakirələri və praktiki biliklər əldə edəcəklər.
Spikerlər arasında Meta, Google və TikTok nümayəndələri, həmçinin beynəlxalq sənaye ekspertləri yer alır.
.jpg)
Gecə proqramında 15 mayda Orxan Zeynallının çıxışı ilə Opening Party, 16 mayda isə Çingiz Mustafayevin çıxışı ilə Closing Party təşkil olunacaq.
.jpg)
Festivalın bu ilki konsepti “Human After All”dır. Bu yanaşma texnologiya və rəqəmsal inkişafın mərkəzində insanı saxlayır, hər ideyanın və innovasiyanın arxasında real duyğuların, insan təcrübəsinin və yaradıcı düşüncənin dayandığını vurğulayır.
Biletlər bakuflames.az saytında satışdadır.



