Yaradıcılıq, texnologiyastartap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Bakıya sınaq məqsədilə növbəti elektrik mühərrikli avtobus gətirilib

Bakıya sınaq məqsədilə növbəti elektrik mühərrikli avtobus gətirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin hazırladığı və icrasına başladığı "Bakı şəhərinin mobillik proqramı" çərçivəsində paytaxta sınaq məqsədilə daha bir elektrik mühərrikli avtobus gətirilib. Avtobusun ümumi sərnişin tutumu 85 nəfərdir. Yaxın günlərdə isə ölkəmizə digər şirkətin istehsal etdiyi daha bir elektrik mühərrikli avtobus gətiriləcək. Avtobuslar sınaq müddətində yoxlanılaraq qiymətləndiriləcək. Nəticələrə uyğun olaraq, elektrik mühərrikli avtobusların Bakı şəhərinin ictimai nəqliyyatında tətbiqinə baxılacaq.

"LG" süni intellektlə işləyən ağıllı robotunu təqdim edib

LG robot

“LG”nin ağıllı ev məhsulları ilə əlaqə qura bilən və kondisioneri avtomatik tənzimləyə bilən model, süni intellekt vasitəsilə evi gəzə, ev heyvanlarını izləyə və ya oğurluq haqqında məlumat göndərə bilər. Bu süni intellekt dəstəkli ağıllı robot “CES 2024” çərçivəsində “LG” tərəfindən ətraflı şəkildə təqdim ediləcək.

"Instagram" hekayələr üçün yeni profil paylaşma funksiyası hazırlayır

Instagram

"Instagram" hekayələr üçün profil paylaşma xüsusiyyətini inkişaf etdirir. Alessandro Paluzzi tərəfindən paylaşılan görüntülərə əsasən, istifadəçilər tezliklə başqalarının profillərini öz hekayələrində yeni versiyada paylaşa biləcəklər. Hazırda Android üçün sınaqdan keçirilən yeni funksiya böyük ehtimalla 2-3 ay ərzində hər kəs üçün aktiv olacaq.

"Huawei" "Apple"ın dünyanın ən dəyərli şirkəti titulunu əlindən ala bilər

Lenovo-nun keçmiş baş texnologiya direktoru Ni Guangnan 2019-cu ildə “Huawei”nin dəyərinin 1,3 trilyon dollara çata biləcəyini demişdi. Həmin vaxt “Apple”ın bazar dəyəri 1 trilyon dolları ötmüşdü. Bu o demək idi ki, Guangnan “Huawei”ni “Apple”dan daha dəyərli hesab edirdi. Bu gün isə “Apple”ın birja dəyəri 3 trilyon dollardır. Bununla belə, “Huawei”nin 2024-cü ildə “Apple”dan daha dəyərli olacağı düşünülür.

"Trend Analyzer 2024" adlı xüsusi ChatGPT köməkçisi yaradılıb

Özgür Alazın tərtib etdiyi 2024-cü il trend hesabatlarını təlim məlumatları kimi istifadə edən Yalçın Pembecioğlu "Trend Analyzer 2024" adlı xüsusi ChatGPT köməkçisi yaradıb. İstifadəçiyə fərdiləşdirilmiş çatbot yaratmağa imkan verən "Create GPT" funksiyası ChatGPT-də ən son yeniliklərdən biridir. Yalçın Pembecioğlu bu xüsusiyyətdən istifadə edərək "ChatGPT" köməkçisini öyrədib. "Trend Analyzer 2024" həm türk, həm də ingilis dilində suallara cavab verə bilər.

Posted 
Dec 28, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All