BakuBus paytaxtda fəaliyyət göstərən qadın avtobus sürücülərinin iş göstəricilərini ictimaiyyətlə bölüşüb.

Şirkət paylaşımında onların sərnişinlərin təhlükəsiz və rahat daşınmasına verdiyi töhfəni vurğulayaraq peşəkar fəaliyyətlərinə görə təşəkkür edib.

Açıqlanan məlumatlara görə, 140E marşrutu üzrə çalışan sürücü Rəna Cəfərova 162 gün ərzində 648 reys yerinə yetirib və bu müddətdə təxminən 33 min kilometr məsafə qət edib. 121E marşrutunda çalışan Xalidə Səmədova isə eyni dövrdə 648 reys icra edərək təxminən 28 min kilometr yol qət edib.

BakuBus-un bildirdiyinə görə, hər iki sürücünün fəaliyyəti ərzində heç bir yol-nəqliyyat hadisəsi və ya intizam tənbehi qeydə alınmayıb. Şirkət bu nəticələrin peşəkarlıq, məsuliyyət və təhlükəsiz sürücülük prinsiplərinə sadiqliyin göstəricisi olduğunu qeyd edib.

Posted 
Jul 10, 2026
 in 
Breaking News
 category

Daha çox

Breaking News

 kateqoriyasından

View All