etflix, yayımladığı seriallardan ilhamlanaraq məhdud sayda istehsalediləcək məhsulları satacağı bir e-ticarət saytı açdığını elan etdi.
“Netflix.shop” saytında həyata keçirilən satış, hal-hazırda sadəcə ABŞ daxilindəxidmət göstərir. Markanın istehlakçıməhsulları rəhbəri Josh Simon, bu yeni layihə haqqında:
“Netflix”in bənzərsiz və zəngin hekayələrindən ilhamlanan məhsulları tapa biləcəyiniz yeni bir ünvandır” deyə qeyd etdi.
Saytda, məhdud sayda istehsal ediləcək geyimlərin, gündəlik istifadə edilən məhsulların satışı həyata keçiriləcək. Bu ay saytda satılan məhsull ararasında, platformanın animasyon seriallarından olan “Yasuke” və “Eden”ə aid t-shirt, hoodie, boyunbağı və kendama oyuncağı yer alır. Həmçinin Fransız serialı olan “Lupin”ə aid məhsullar, serialda da hadisələrin cərəyan etdiyi Louvre muzeyi iləiş birliyi edilərək istehsal edilib. Serialdakı yastıqların 60 dollardan, yan masalarınisə 150 dollardan satışa çıxarılacağı gözlənilir.
Gələcək aylarda saytda satışa çıxarılacaq məhsullar arasında “The Witcher” və “StrangerThings” seriallarının məhsullarının olması da planlanır. ABŞ-dan başqa digər ölkələrdə istifadəyə verilməsi gözlənilən bu sayt, “Shopify” ilə ödəmələri qəbuledəcək.
Josh Simon deyir ki,
“Maraqlı hekayələrin ekranlardan çıxaraq, insanların həyatınınbir parçası olmasını çok sevirik. Azarkeşlərimizin, sevimli hekayələri ilə yeni bir yolla əlaqə qura bilmələrini təmin etmək və onları hekayələrin gücünü əksetdirən dizaynerlərlə tanış etmək bizim üçün çok sevindirici və həyəcanlandırıcı bir haldır.’