X istifadəçisinin 11 ildir itən Bitcoin pulqabısının şifrəsini Claude tapdı.
X platformasında yayılan viral paylaşımda "Cprkrn” adlı istifadəçi Anthropic şirkətinin Claude AI modelinin 9 ildir giriş mümkün olmayan Bitcoin pulqabısını bərpa etməyə kömək etdiyini bildirib. Pulqabısında təxminən 5 BTC — yəni 400 min dollara yaxın vəsait olduğu qeyd olunur.

İddialara görə AI köhnə kompüter fayllarını analiz edərək mnemonic phrase ilə əlaqəli məlumatları müəyyənləşdirib və şifrə bərpası prosesini sürətləndirib. Paylaşım qısa müddətdə milyonlarla baxış toplayıb. Mütəxəssislər isə bildirir ki, Claude Bitcoin şifrələməsini “qırmayıb”, sadəcə fayl analizi və şifrə bərpası prosesində istifadəçiyə kömək edib.
Daha çox
Texnologiya
kateqoriyasından
View All



