E

lizabeth Holmes 2003-cü ildə 19 yaşında “Theranos” şirkətini quranda onun sağlamlıq texnologiyaları sahəsində inqilab etdiyi və dahi olduğu deyilirdi. “Theranos” barmaq ucundan alınan az miqdarda qanla işləyən, həmçinin vençur kapitalistlərindən və özəl investorlardan 700 milyon ABŞ dollarından çox vəsait toplayan, 2013-2014-cü illərdə 10 milyard dollar dəyərində qiymətləndirilən qan testi dəsti hazırlayan bir şirkət idi. Lakin qan testinin real olmadığı ortaya çıxanda şirkət bağlanıb və Holmsa qarşı dələduzluq işi açılıb.

Theranos CEO Elizabeth Holmes's Five Best Cover Story Appearances, Ranked -  Vox
Forbes

2022-ci ilin noyabrında məhkəmənin qərarı ilə Holmes 11 ildən çox həbs cəzasına məhkum edilib və o, keçmiş biznes ortağı Sunny Balwani ilə birlikdə aldatdığı onlarla investora 452 milyon dollar ödəməlidir. Holmsun vəkilləri isə bu məbləğin çox olduğunu bildiriblər. 
Dəyəri 10 milyarda çatan “Theranos”a sərmayə qoyanlar arasında ABŞ-nin keçmiş Dövlət Katibi Henry Kissinger və Amerikanın “Walmart” supermarketlər şəbəkəsini qurması ilə tanınan Walton ailəsi də var.

ABŞ-də deyirlər ki, kompensasiya geniş miqyasda simvolik hal alıb, yəni Holmsun investorları pullarının böyük bir hissəsini ala bilməyəcklər.

Deyəsən, türmədə işləməli olacaq…

Holmsun borcları o qədərdir ki, o, həbsə məhkum edilsə belə, yenə də ödəyə bilmir. Hakim Holmsa Texasdakı Federal Penitensiar Düşərgəyə hesabat verməyi tövsiyə edib: Burada bütün məhbuslar işləyirlər və saatda 12 sentdən 1,15 dollara qədər qazanmağa məcburdurlar.

Wealthy families, encouraged by Henry Kissinger's lawyer, sank over $400M  into Theranos | Ars Technica

Cornell Hüquq Məktəbinin professoru Randy Zelin deyib ki, onun qazandığı kiçik məbləğin yarısı - haradasa hər 4 ayda təxminən 25 dolları - qurbanlara veriləcək. Həbsxanada qaldığı müddət başa çatdıqdan sonra o, federal hökumətin müdaxiləsi olmadan heç bir əmlak, o cümlədən ev ala bilməyəcək. Qeyd edək ki, hökumət Holmsun həyat yoldaşı William Evans-a məxsus əmlakı müsadirə edə bilməz. Evans ailəsinin ABŞ-də lüks hotellərinin olması da, yəqin ki, hər kəsə məlumdur. 

Posted 
May 30, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All