CES 2026-da fiziki düyməli smartfon modeli təqdim olunub.

CES 2026-da təqdim olunan Clicks Communicator Android 16 əməliyyat sistemi ilə çalışır və BlackBerry-ni xatırladan fiziki klaviatura dizaynı ilə diqqət çəkir.

Cihaz 4,03 düymlük OLED ekran və 3,5 mm qulaqlıq girişi ilə klassik istifadə vərdişlərini yenidən gündəmə gətirir. Smartfon ön tərəfdə 24 MP, arxa tərəfdə isə 50 MP kamera ilə təchiz olunub. 4 000 mAh silikon-karbon batareya və boşluq düyməsinə inteqrasiya edilmiş barmaq izi sensoru mövcuddur. Mesajlaşmaya fokuslanan model xarici bazarlarda 500 dollar qiymətə satışa çıxarılacaq.

Posted 
Jan 7, 2026
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All