Həftəlik blokçeyn xəbərlələri bülleteninə xoş gəlmisiniz.

Bu bülletendə həftəlik olaraq müxtəlif platformalarda dərc olunan xəbərlər arasından vacib hesab etdiklərimi mümkün qədər qısa şəkildə paylaşmağa çalışıram.

Xoş mütaliyələr. Hörmətlə, Mert.

Xəbərlər başlıqlarının üzərinə klik edərək, xəbərin mənbəsinə gedə bilərsiniz.

Aktivlərin idarə edilməsi üzrə menecer olan “BlackRock” “Bitcoin Private Trust”ı işə salır

10 trilyon dollarlıq sərmayə ilə dünyanın ən böyük aktivlərin idarə edilməsi üzrə menecer olan BlackRock ABŞ-da yerləşən korporativ müştərilərinə dünyanın ən məşhur kriptovalyutasına birbaşa çıxışı təmin etmək üçün “Bitcoin Private Trust” xidmətinin istifadəyə verildiyini elan etdi.

“Yapı Kredi” blokçeyn mərkəzli akselerasiya proqramı olan “Fast FRWRD”ni elan edib.

Türk kriptovalyuta ekosistemini yaxından tanıyan və təqib edən “Avalanche”in də ortağı olduğu layihədə diqqət daha çox “MVP”si olan və ya bazara çıxış edən layihələrə veriləcək.

Vitalikə görə “Ethereum Merge” yeniləməsi 15 sentyabrda yayımlanacaq.

Şəbəkənin həmtəsisçisi Vitalik Buterinin sözlərinə görə, kriptovalyutada “Merge” kimi tanınan “Ethereum” blokçeyni üçün çox gözlənilən proqram təminatı yenilənməsinin sentyabrının 15-də baş verəcəyi gözlənilir.


“Deloitte”ə görə blokçeyn texnologiyasının ticari məqsədlərə uyğun olduğunu göstərən 6 səbəb

“Deloitte”un yazısı blokçeyn texnologiyası ilə qurulmuş həllərin icarə və satışla bağlı daşınmaz əmlakdan istifadə hallarına necə uyduğunu göstərir.


“Mailchimp” kripto məzmun yaradıcılarını banlayıb

E-mail marketinq platforması “mailchimp” kirpto məzmun yaradıcıları üçün müvəqqəti  xidmətinə fasilə verib. Kriptovalyuta xəbərləri, məzmunu və ya oxşar xidmətlərlə əlaqəli platformalar hesablara daxil olmaqda problemlə üzləşməyə başlayıb. Ardınca istifadəçiləri bu həftə görünməyə başlayan xidmət kəsilməsi barəsində bildirişlər almağa başlayıblar.

“Web3” üçün “Pinterest”: Layihə “Avalanche”də kurasiya ekosistemini işə salır

“CurateDAO” iştirakçıların öz verilənlər bazasına töhfə verməklə qazana biləcəyi “Avalanche” əsaslı "curate to earn" platformasını işə saldı.

"Səhmdarları" üçün 56.000 hissəyə bölünə bilən NFT

“NFT”nin mülkiyyət payı üçün 56.000-dən çox ünvan qeydiyyatdan keçdiyi üçün “CryptoPunk” “NFT”si tezliklə “səhmdar”ları arasında paylanacaq

Peris Hilton “Sandbox”da öz virtual Malibu malikanəsini tikir.

Artıq “Paris Hilton” daimi olaraq onlayndır! Sandbox dünən “Malibu” malikanəsini tikmək üçün moda ikonu ilə əməkdaşlıq etdiyini açıqlayıb.

Hilton: "Mən Peris dünyasını “metaverse”də genişləndirmək üçün çox həyəcanlıyam”.

Posted 
Aug 17, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All