F

rank Zapata, Richard Browning və Jetman kimi tanınan Yves Rossy-nin öz yaratdıqları özəl təyyarələri ilə uçuşları bütün dünyada səs-səda yaratmışdı.

Bu dəfə fərdi təyyarə ilə olmasa da xəyallarımızda yer alan başqa bir şəxsi uçuş var. Electrified Wingsuit uçan kostyumunda yerinə yetirilən bu uçuşun memarı BMW-nin mobillik üzrə inkubasiya mərkəzi BMW i-dır.

Yer cazibəsinə ən təbii şəkildə müqavimət göstərərək edilən wingsuit uçuşu, havada düşmə sürətini yavaşlatmaq üçün xüsusi hazırlanmış bir paltar (wingsuit/qanad kostyumu) ilə həyata keçirilir. Təyyarədən və ya hündür yerdən tullanaraq həyata keçirilən bu ekstremal idman növündə eniş üçün paraşüt istifadə olunur. Bu qanad kostyumu üçün hazırlanmış BMW i-ın elektrikli sürücülük sistemi həm bu idman növünə, həm də uçmaq xəyallarımıza yeni bir həyəcan gətirir.

Videoda izlədiyiniz uçuş BMW Group-un Designworks studiyası və Avstriyalı peşəkar wingsuit pilotu Peter Salzmann-ın əmədaşlığı ilə yaradılmışdır. Əslində, bu video #NEXTGen 2020-də ilk dəfə nümayiş olunacaq Electrified Wingsuit filminin treyleridir. Bu gün başlayacaq olan #NEXTGen 2020-də BMW yalnız avtomobil ilə əlaqəli promosyonların deyil, həm də Electrified Wingsuit kimi xüsusi yeniliklərin premyerası olacaq. Onlayn tədbirin əsas mövzusu, BMW qrupunun dünyanın aparıcı təchizatçılarından biri olduğu elektrik mobilliyi texnologiyaları olacaqdır.

Posted 
Dec 19, 2020
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All