S

pot robotlar, "Hyundai"ın "Boston Dynamics"i satın almasını rəqs edərək qeyd edir.

“Boston Dynamics” robotları olan Atlas, Spot Handle yeni yetənəkləri, rəqsləri bəzən də başlarına gələn şanssızlıqlarla tez-tez gündəmə gəlirlər. Bu qədər diqqət çəkmələri ilk olaraq şiddətə məruz qalan Atlasla və insanların reaksiyalarıyla başlamışdı. Sonra isə qaçma, tullanma, yük daşıma kimi yeni bacarıqları ilə onlara göstərilən bu marağı canlı tutmağı bacardı. Bir çox elmi-fantastik filmlərə də mövzu olan robotların insanlara qarşı çıxması və bunun nəticəsində baş verən fəlakətlər düşünüldükdə onları sevənlərlə yanaşı qorxunc olaraq görən insanlar da var.

Xüsusi ilə “Black Mirror”un 4-cü sezonunda yer alan “Metalhead” bölümünü izləyənlər varsa nə demək istədiyimi başa düşəcəklər. Buna baxmayaraq çox adam tərəfindən sevilən robot ailəsi, indi çətin bir xoreoqrafiya ilə rəqs edərək bu hadisəni qeyd edir.

“Boston Dynamics” bir neçə gün öncə “Hyundai Motor Group” tərəfindən satın alındı. Şirkət, davamlılıq mövzusu altında bazara çıxardığı elektrikli vasitələtini təqdim etmək üçün təxmini 1 ildir Cənubi Koreyalı musiqi qrupu BTS ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində BTS, “Hyundai”ın marka elçisi olaraq xatırlanmağa başladı. Marka, “Boston Dynamics”i satın alma xəbərini vermək üçün də yenə BTS ilə birgə çalışdı.

Kampaniya çərçivəsində önə çıxan 2 filmdən biri, “Boston Dynamics”in hesabından yayımlanan rəqs videosudur. Bu videoda, 7 Spotun BTS-nin “I’m On It” mahnısının sədaları altında rəqs performansını izləyirik. Xoreoqrafiya köhnə rəqqas və professional xoreoqrafiya ustası Monica Thomas tərəfindən hazırlanıb. Onun yaratdığı bütün hərəkətlər robotların hərəkətini diktə edən xüsusi bir proqramla proqramlanmışdır.

Digər film isə “Hyundai” tərəfindən yayımlanan “ailəmizə xoş gəldin” temalı videodur. Bu videoda isə BTS-nin Spot başda olmaqla bütün “Boston Dynamics” robotları ilə tanış olduğu nümayiş etdirilir.

Posted 
Jul 9, 2021
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All