Ö

“Atlas”ın hərəkət qabiliyyətini nümayiş etdirən yeni video ilə bir daha təəccüblənməyə hazırsınız?

Xüsusi ilə son illərdə insana bənzər robotlar texnologiya aləmində olduqca məşhurlaşmağa başlayıb. Şübhəsiz ki, ilk ağla gələn də “Boston Dynamics” imzasını daşıyan “Atlas”dır. Texnologiya firması uzun illərdir insana bənzər robot “Atlas” ilə diqqətləri üzərinə çəkir. Dünyanın ən inkişaf etmiş insana bənzər robot modeli olaraq o, tez-tez çətin testlər ilə gündəmə gəlir və bacarıqları ilə hər kəsi təəccübləndirməyə də davam edir.

“Boston Dynamics” tərəfindən yayımlanan son videoda, bu dəfə bir deyil, iki “Atlas” robotu izləyirik. Müxtəlif çətrinliklərlə dolu bir parkurda qarşılıqlı olaraq bacarıqlarını nümayiş etdirən insana bənzər robotlar, çox maraqlı olmaqla yanaşı, daha öncədən də buradakı yazıda bəhs etdiyimiz səbəblərdən dolayı bir az da qorxuludurlar deyə bilərik. Parkuru uğurla tamamladıqdan sonra yaşadıqları sevinc hissləri isə üzlərdə təbəssümə səbəb olurlar.

Yayımlanan hər video ilə bacarıqlarının daha da inkişaf etdiyini gördüyümüz robotlar, həm hərbi, həm də mülki tapşırıqlar üçün böyük bir potensiala sahibdir.

Posted 
Aug 21, 2021
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All