Türkiyənin yerli sosial media platforması Next Sosial istifadəyə verildi.
TEKNOFEST təşəbbüskarları tərəfindən hazırlanan Next Sosial, Türkiyənin ilk yerli və milli sosial media platforması olaraq rəsmi şəkildə istifadəyə verilib.
Mastodon infrastrukturu üzərində qurulan platforma senzura, bot və reklamdan uzaq, açıq mənbəli sistemlə çalışır.
Next Sosial — xəbər, texnologiya, gündəlik həyat və gündəm yönümlü məzmunları təqdim edir. İstifadəçilər mətn, şəkil, video və sorğularla paylaşım edə və bir-birləri ilə qarşılıqlı əlaqəyə girə bilirlər.
Üzv qeydiyyatından sonra istifadəçilər məzmunlara baxa və hətta özləri də paylaşım edə bilərlər.
Daha çox
Breaking News
kateqoriyasından
View All