B
rad Pitt, İtalyanın kiçik məişət əşyaları istehsalçısı “De’Longhi”nin marka siması oldu.
Qəhvə maşını dedikdə ağıla ilk gələn markalardan biri “De’Longhi”dir. Daha öncə heç vaxt qlobal bir reklam kampaniyası həyata keçirməyən bu marka, Brad Pitt ilə bağladığı müqavilə sayəsində bu vəziyyəti dəyişdirdi. “La La Land” və “Whiplash” kimi məşhur filmlərin rejissoru Damien Chazelle tərəfindən çəkilən reklam filminin yaradıcı tərəfi isə “MC Saatchi Milan”a aiddir.
Avtomatik espresso maşını “Dinamica Plus”ı ön plana çıxaran reklam filmində Brad Pitt mükəmməl qəhvənin arxasınca gedir. Musiqisi və gözəl yol mənzərəsi ilə zövqləri oxşayan reklam filmini aşağıda izləyə bilərsiniz.