Sentyabrın 15-dən etibarən Bakı marşrutlarında eyni vaxtda 2 530 avtobus fəaliyyət göstərəcək.

Bu, son illərdə paytaxtın marşrut xətlərinə cəlb olunan avtobusların sayı üzrə ən yüksək göstəricilərdən biridir.

Müqayisə üçün, 2022-ci ildə Bakı üzrə xətlərdə 1 780 avtobus istismar olunurdu. Bu rəqəm 2025-ci ildə 2 340-a yüksəlib. Beləliklə, son illərdə avtobus parkının sayında nəzərəçarpacaq artım qeydə alınıb.

Yeni göstərici ötən illə müqayisədə də artım deməkdir. Bu il paytaxtın marşrutlarına təxminən 200 əlavə avtobus cəlb olunacaq. Ümumilikdə isə son 5 ildə xətlərdə istifadə olunan avtobusların sayı 750 ədəd, yəni 42 faiz artıb.

AYNA-nın məlumatına görə, 2026-cı il ərzində dövlət və özəl müəssisələr tərəfindən 308 yeni avtobus gətirilib. Tədris mövsümünün başlaması ilə əlaqədar sərnişindaşıma imkanlarının artırılması üçün əlavə tədbirlər də görülüb.

Belə ki, paytaxtda 8 yeni ekspres xətt yaradılıb, 28 müntəzəm marşrut üzrə xidmət gücləndirilib. Bundan başqa, 29 xətt üzrə avtobusların yenilənməsi həyata keçirilib.

Görülən tədbirlər nəticəsində yeni tədris ili dövründə Bakı üzrə marşrutlarda daha çox avtobusun eyni vaxtda fəaliyyət göstərməsi nəzərdə tutulur.

Posted 
Sep 15, 2026
 in 
Breaking News
 category

Daha çox

Breaking News

 kateqoriyasından

View All