"Cannes Lions" qaliblərin işləri ilə tanış olmaq üçün istifadəçilərindən illik bu miqdara ödəniş tələb edirmiş. Bundan şikayətlənən bir qrup gənc birləşərək "Cannes Lions"ı "hack"ləyib.
Onlar iddia edir ki, yaradıcı işlərə imza atmaq üçün ilhamlanmağa ehtiyac var. İlhamlanmaqsa 6,650 avro olmamalıdır!
Bu "vandalizm" sosial media istifadəçiləri və eləcədə də bu sektorun öncüləri tərəfindən alqışla qarşılanıb.
"Google"dan istifadə edərək hər mükafatçının işlərini bir sayta yığan gənclər bunu təmənnasız, sektorun inkişafı üçün etdiklərini bildiriblər.
Bu olanlar barəsində isə "Cannes Lions" rəy bildirməkdən imtina edib. Həmin işlərləsə wetheworkmore.com saytından tanış ola bilərsiniz.
Daha çox
Yaradıcılıq
kateqoriyasından
View All