OpenAI reklamverənlər üçün ChatGPT Ads Manager platformasını istifadəyə verib.

Yeni alət şirkətlərə reklam kampaniyalarını süni intellekt vasitəsilə yaratmaq, yeniləmək və nəticələrini təhlil etmək imkanı verəcək.

Platforma reklam mətnləri və vizual materiallarla bağlı təkliflər də təqdim edəcək. Bununla reklamverənlər kampaniyanın hazırlanması prosesinin bir hissəsini ChatGPT üzərindən həyata keçirə və nəticələri eyni mühitdə izləyə biləcəklər.

Advertise in ChatGPT | OpenAI Ads

Bununla yanaşı, OpenAI ChatGPT-də Sponsored Agents funksiyasını da sınaqdan keçirir. İstifadəçi reklamla qarşılıqlı əlaqədən sonra həmin reklamı maliyyələşdirən şirkətin agenti ilə ayrıca söhbət aça biləcək. Burada məhsul və ya xidmətlə bağlı suallar vermək, əlavə məlumat almaq və daha sonra şirkətin saytına keçmək mümkün olacaq. Funksiya hazırda ABŞ-da seçilmiş reklamverənlərlə test edilir.

Ads Manager-in HubSpot və Shopify ilə inteqrasiyası da nəzərdə tutulur. Bu inteqrasiyalar reklamverənlərə kampaniyaların idarə olunması və nəticələrin izlənməsi ilə yanaşı, potensial müştərilərlə bağlı işləri istifadə etdikləri platformalar üzərindən davam etdirməyə imkan verəcək.

Posted 
Sep 21, 2026
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All