OpenAI yanvarın 15-də ChatGPT Translate funksiyasını istifadəyə verib.

OpenAI “ChatGPT Translate” adlı yeni tərcümə alətini istifadəyə təqdim edib. Alət avtomatik dil tanıma, iki mətn sahəsi və 50-dən çox dil dəstəyi ilə klassik tərcümə platformaları kimi işləyir.

ChatGPT Translate-i fərqləndirən əsas cəhət tərcümədən sonra təqdim etdiyi ağıllı seçimlərdir. İstifadəçilər mətni daha axıcı, rəsmi, sadə və ya akademik üsluba uyğun şəkildə bir kliklə dəyişə bilirlər.

Seçilən üslub tətbiq edildikdə, istifadəçi birbaşa ChatGPT interfeysinə yönləndirilir və süni intellekt vasitəsilə mətni daha detallı şəkildə redaktə etmək imkanı əldə edir.

Posted 
Jan 16, 2026
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All