J

ames Clear-ın Atomic Habits kitabı bütün dünyada 15 milyon nüsxədən çox satılıb və 50-dən çox dilə tərcümə olunub. Anlaşıqlı, əlaqələndirilə bilən və əlçatan olan bu kitab insanlara yaxşı vərdişlər yaratmağapis vərdişlərdən əl çəkməyə kömək edir. Yaxşı vərdişlər xüsusilə sahibkarlar üçün əhəmiyyət kəsb edir.

Atomic Habits: Tiny Changes, Remarkable Results by James Clear

320 səhifəlik kitab tətbiq edə biləcəyiniz hekayələr və konsepsiyalarla dolu olsa da, iddialı liderlər daha çoxunu mənimsəmək istəyir. Bunları işinizdən əldə edilən təcrübələr və ChatGPT-dən verilən cavablarla birləşdirərək, illər boyu fayda gətirəcək güclü dəyişikliklər edə bilərsiniz.

ChatGPT istifadə edərək Atomik vərdişləri biznesinizə necə tətbiq edə bilərsiniz?

 Hər gün 1% inkişaf edin.

Əgər hər gün cəmi 1% inkişaf etsən, 1 il boyunca indi olduğunuzdan 37 qat daha məhsuldar olarsan. Gün keçdikcə artan dəyişikliklər sənəbiznesinə müsbət mənada təsir edəcək. 

Bu inkişaf metodunu öz vərdişinə çevirmək üçün ChatGPT-dən istifadə edə bilərsən. 

"Marjinal qazanclar konsepsiyasından ilhamlanaraq, [inkişaf sahəni daxil et] hər gün təxminən 1% daha yaxşı olmaq istəyirəm. Hazırda öz biliyimi [indi nə qədər yaxşı olduğunu və səbəbini izah et] kimi təsvir edərdim. Hər gün 1% irəliləyiş göstərmək üçün etməli olduğum kiçik işləri planlaya bilərsən? Planı həftəlik, aylıq, rüblük və illik plan kontekstinə daxil et".

İstifadə edə biləcəyin ingilis dilində versiyası:

“I want to become better at [enter your area for improvement] by approximately 1% every single day, inspired by the concept of marginal gains. At the moment I would describe my proficiency as [explain how good you are now and why]. Can you outline a plan of the small actions I should take each day in order to improve by 1%? Include these within the context of a week, month, quarter and yearly plan.”

 

Davranış dəyişikliyi qanunlarına əməl edin.

Atomik vərdişlər kitabının yazarı James Clear bir vərdişə yiyələnmək və ya pis bir vərdişdən imtina etməyin 4 addımdan ibarət olduğunu qeyd edir: 1) həvəs 2) arzu 3) reaksiya 4) mükafat.

 ChatGPT-nin köməyini almaq üçün istifadə edəcəyiniz əmr (prompt):

"Mən [hazırda nə etdiyinizi təsvir edin] başlanğıc nöqtəsindən [başlamaq istədiyiniz vərdişi təsvir edin] vərdişini qazanmaq istəyirəm. Atomik vərdişlər kitabına görə, bu vərdiş əsasında mən həvəs, arzu, reaksiya və mükafat əldə etməliyəm. Bunu praktikada necə edə biləcəyim ilə bağlı tövsiyə verə bilərsənmi?”

İstifadə edə biləcəyin ingilis dilində versiyası:

“I want to start the habit of [explain the habit you want to begin] from a starting point of [explain what you already do]. According to the book, Atomic Habits, I should create a cue, a craving, a response and a reward around this habit. Can you suggest how I might do this in practice?”

Vərdişlərinizi qalaqlayın

Əgər səhər qəhvə içmək kimi bir vərdişiniz varsa və günün başlanğıcında işinizi planlaşdırmaq vərdişinə yiyələnmək istəyirsinizsə bu ikisini birləşdirə bilərsiniz

“Mən hər gün bunları müntəzəm olaraq edirəm [hazırda sahib olduğunuz vərdişləri izah edin]. Mən vərdişlərin birləşdirilməsi anlayışından istifadə edərək yeni bir vərdişi mövcud bir vərdişlə birləşdirib onu necə daha asan və qənaətbəxş hala gətirə bilərəm?”

 İstifadə edə biləcəyin ingilis dilində versiyası:

“During my normal day I already do these things regularly: [describe the habits you already have]. Given that I want to start [explain the habits you want to start] how can I use the concept of habit stacking, where you pair a new habit with an existing one, to make this easy and satisfying, so I am more likely to keep it going?”

Mühitinizi yaxşılaşdırın

Ətrafınızdakı bir çox amil diqqətini yayındıra bilər. Əgər diqqətinizi yayındıran amilləri minimuma endirsən, məhsuldarlığını artıra bilərsən.

“Mən iş yerimdə diqqəti yayındıran amilləri minimuma endirib daha yaxşı iş vərdişləri yarada bilmək üçün plan hazırlamaq istəyirəm. İndi [hazırda gördüyünüz şeyləri təsvir edin] görür və  [ətrafınızdakı hər bir səsi izah edin] eşidirəm. Mənə məhsuldar olmağım üçün optimallaşdırma yolları təklif et”

 İstifadə edə biləcəyin ingilis dilində versiyası:

“I want to plan my workspace to minimize distractions so I can create better working habits. As I look now, I can see [describe your current field of vision] and I can hear [describe every sound around you]. Suggest ways I can optimize my environment for productivity.”

Yaratmaq istədiyiniz vərdişi şəxsiyyətinizə uyğunlaşdırın 

Əgər vərdiş şəxsiyyətinizin bir hissəsidirsə, onu davam etdirmək daha asandır. Yiyələnmək istədiyiniz vərdişi şəxsiyyətinizə uyğunlaşdırmaq üçün bu ChatGPT əmri işinizi asanlaşdıra bilər.

“Yaratmaq istədiyim vərdişləri nəzərə alaraq şəxsiyyətimi necə formalaşdırmağı tövsiyə edərsən? Bu şəxsiyyəti formalaşdırmaq üçün “Mən…” ilə başlayan bir siyahı yarat”

  İstifadə edə biləcəyin ingilis dilində versiyası:

“Given the habits that I want to create, can you suggest the identity it would be beneficial for me to adopt? Create a list of mantras that start with, “I am” to describe this identity.”

Yiyələnmək istədiyiniz vərdişə sahib olan insanlarla vaxt keçirin

Tezliklə o vərdişlər sənin üçün də normal hala çevriləcək. Biz istəməsək belə ətrafımızdakı insanların dəyərlərini və məqsədlərini şüuraltında mənimsəyə bilirik. Buna müqavimət göstərə biləcəyimizi düşünsək də, sosial təsirlər davranışımızda böyük fərq yaradır.

“Yaratmaq istədiyim vərdişləri nəzərə alaraq [yiyələnmək istədiyiniz vərdişləri izah edin] mənim üçün ünsiyyət qurmağın faydalı olacağı qrupları təklif edə bilərsən?”

“Given the habits I want to create and the person I want to become, can you suggest the groups of people it would be beneficial for me to associate with? What types of people should I look to spend more time with and how could I go about finding them?”
Posted 
Sep 4, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All