OpenAI ChatGPT-nin səs rejimini Apple CarPlay üzərindən istifadəyə verib.
İstifadəçilər iPhone-u CarPlay-ə qoşaraq ChatGPT ilə səsli danışıq başlada bilərlər. Ancaq funksiyanın məhdudiyyətləri var: ChatGPT avtomobilin idarəetmə funksiyalarına çıxış əldə etmir və Siri kimi səsli komanda ilə aktivləşdirilə bilmir. OpenAI bu rejimin əsasən məsləhət almaq, ideya toplamaq və dil məşqi üçün uyğun olduğunu bildirir.
Necə işləyir?
• iPhone və CarPlay uyğun avtomobil tələb olunur
• Son iOS və ChatGPT tətbiqi versiyası quraşdırılmalıdır
• CarPlay-də ChatGPT-də “New voice chat” seçilir
• “Listening” göstəricisi görünəndə danışmağa başlanır
• Avtomobil funksiyalarını idarə etmir; temperatur və musiqi üçün hələ Siri istifadə olunur
Daha çox
Texnologiya
kateqoriyasından
View All



