in yüksək temperaturla əlaqədar ölkədəki bəzi fabrikləri bağlamaq qərarına gəlib. Son 60 ilin ən isti yay mövsümünün yaşandığı Çində bəzi fabriklər, o cümlədən “Apple”, “Toyota” və “Tesla” tədarükçüləri ən azı avqustun 20-dək fəaliyyət göstərə bilməyəcək. Hətta bu qərarın məhsul tədarükünə və qiymətlərinə təsir edə biləcəyi düşünülür. Ölkə daxilində kondisionerlərdən istifadənin artması Çinin elektrik şəbəkəsinə gözlənildiyindən daha çox gərginlik yaradıb. Çarəsiz qalan Çin hökuməti fabrikləri bağlamaq üçün əmrlər verməyə əl atdı.
Texnologiya dünyasının ürəyi olan Çindən gələn qərar bir çox texnoloji məhsulların tədarükündə problemlər yarada bilər. Bu vəziyyətin qiymətlərdə də özünü göstərə biləcəyi düşünülür. "CNN" və "Bloomberg"in təqdim etdiyi xəbərə görə bu qərar “Tesla"nın batareya təchizatçısı "CATL", "Apple"ın çip təchizatçıları "Foxconn", "Toyota", "Volkswagen", "Texas Instruments" və yarımkeçirici istehsalçısı "Onsemi" kimi şirkətlərə təsir göstərib.
Nə olacağını heç kim bilmir
Çin hökumətinin sərəncamına əsasən bu şirkətlərə məxsus fabriklər ən azı avqustun 20-dək işləyə bilməyəcək. Çin hökumətinin bu qərarının nə ilə nəticələnəcəyi hələ heç kimə məlum deyil. Bəzi analitiklər hesab edirlər ki, tədarük zəncirinin bir neçə gün məhdudlaşdırılması bizneslərə çox da təsir etməyəcək. Hətta "Apple" təchizatçısı "Foxconn" və "Volkswagen" də bu fikirdədir.
Lakin bəzi analitiklərin fikrincə, hətta bir neçə günlük fasilə xammal qiymətlərini artıracaq. Əslində isə günəş panellərinin istehsalında istifadə edilən polisilikonun qiymətləri artıq artmağa başlayıb. Lakin bu, bahalaşacaq yeganə xammal deyil. Analitiklərin fikrincə, elektromobillərin və smartfonların akkumulyatorlarında istifadə olunan litiumun qiymətləri də artacaq. Belə bir vəziyyət reallaşarsa, smartfon və planşet kimi texnoloji məhsullarda da qiymət artımı gözlənilə bilər.