Azərbaycan Kino Agentliyi “Baku Cinema Breeze 2025” film festivalı çərçivəsində keçiriləcək tədbirlərin təşkili üçün elan etdiyi tenderin nəticələrini açıqlayıb. Tenderin qalibi “Mozg Media Group” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və şirkətlə 517 min 902 manat dəyərində müqavilə imzalanıb. Tenderin ilkin ehtimal olunan qiyməti 832 min 20 manat təşkil edirdi.
Qalib şirkət festival çərçivəsində geniş miqyaslı təşkilati işləri həyata keçirəcək. Bu işlərə film marketinin təşkili, animasiya festivallarının idarə olunması, panel müzakirələrin aparılması və beynəlxalq kino layihələrinin koordinasiyası daxildir. Şirkət həmçinin festival iştirakçıları və qonaqları üçün logistik dəstək, tədbir məkanlarının hazırlanması və texniki avadanlıqların təmin edilməsini təmin edəcək.



