Çin Meta-nın Manus AI startapını təxminən 2 milyard dollara satın alması ilə bağlı prosesi dayandırıb və əməliyyatın geri qaytarılmasını tələb edib.

Qərar ölkədə xarici investisiyalara nəzarət mexanizmləri çərçivəsində aparılan araşdırmalardan sonra verilib.

Rəsmilər daha əvvəl bu alqının mövcud xarici investisiya və texnologiya transferi qaydalarına uyğun olub-olmadığını qiymətləndirirdi. Son qərar isə göstərir ki, hakimiyyət orqanları bu cür strateji texnologiya aktivlərinin xarici şirkətlərə keçidi ilə bağlı daha sərt mövqe tutmağa başlayıb.

Meta tərəfi isə bildirir ki, satınalma prosesi artıq irəli mərhələdədir və komandalar böyük ölçüdə inteqrasiya olunub. Şirkətə görə, bu vəziyyətdə əməliyyatın tam geri çevrilməsi texniki və təşkilati baxımdan çətin ola bilər.

Qərarın vaxtı da diqqət çəkir. Məlumatlara görə, addım Donald TrumpXi Jinping arasında gözlənilən görüş ərəfəsində atılıb. Analitiklər bunu ya qarşıdakı danışıqlarda strateji təzyiq aləti, ya da ümumilikdə xarici texnologiya şirkətlərinə yönəlmiş tənzimləyici siqnal kimi qiymətləndirirlər.

Posted 
Apr 28, 2026
 in 
Breaking News
 category

Daha çox

Breaking News

 kateqoriyasından

View All