Çin Nvidia-nın Çin üçün hazırladığı xüsusi RTX 5090D V2 modelinə məhdudiyyət tətbiq edib.

Çində yayılan məlumatlara görə, NVIDIA tərəfindən xüsusi olaraq Çin bazarı üçün hazırlanan RTX 5090D V2 modeli gömrük məhdudiyyətləri siyahısına əlavə olunub. Maraqlısı odur ki, bu model ABŞ-ın ixrac qaydalarına uyğunlaşdırılmış və performans baxımından müəyyən limitlərlə təqdim edilmiş xüsusi versiya hesab olunurdu.

Məlumata əsasən, məhdudiyyətlərin yalnız RTX seriyası ilə məhdudlaşmadığı, həmçinin H200H20 kimi AI yönümlü çiplərə də təsir etdiyi bildirilir. Bəzi sənaye mənbələri qeyd edir ki, ABŞ tərəfindən müəyyən şirkətlər üçün satış icazələri verilsə belə, bəzi məhsul göndərişləri Çin gömrüyündə saxlanılıb və proses ləngiyib.

Qadağaların xüsusilə AlibabaTencent kimi böyük texnologiya şirkətlərinin AI infrastrukturu planlarına təsir göstərə biləcəyi ehtimal olunur. Son illərdə bu şirkətlər generativ AI modelləri və data mərkəzləri üçün NVIDIA çiplərinə böyük həcmdə yatırım edirdi.

Posted 
May 20, 2026
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All