ChatGPT və Gemini söhbətlərini Claude-a daşımaq olacaq.
Anthropic Claude üçün “Yaddaş İdxalı” funksiyasını istifadəyə verib. Yeni imkan sayəsində istifadəçilər OpenAI-ın ChatGPT-si və digər AI platformalarındakı söhbət tarixçələrini və şəxsi seçimlərini Claude-a köçürə bilirlər.
Sistem əvvəlki platformada xüsusi promptla məlumatların ixracını, daha sonra isə Claude-a əlavə olunmasını nəzərdə tutur. Beləliklə, istifadəçi sıfırdan başlamır və əvvəlki kontekst qorunur. Diqqətçəkən məqam isə yaddaş funksiyasının yalnız ödənişli deyil, pulsuz istifadəçilər üçün də əlçatan olmasıdır.
Necə köçürülür?
- ChatGPT və ya digər AI platformasında xüsusi export komandası işə salınır
- Söhbət tarixçəsi və istifadəçi seçimləri fayl kimi çıxarılır
- Yaradılan məlumat Claude sisteminə əlavə edilir
- Claude həmin məlumatları öz yaddaşına yazır və kontekst əsasında davam edir
- Funksiya həm ödənişli, həm də pulsuz istifadəçilər üçün əlçatandır
Daha çox
Texnologiya
kateqoriyasından
View All



