Ötən həftələrdə haqqında şayiələr gəzən “Realme 10 Pro Coca-Cola Edition” nəhayət rəsmi olaraq satışa çıxarıldı. Belə ki, “Coca-Cola” temalı smartfon məhdud buraxılışlıdır, cəmi 1000 nüsxə istehsal edilib və onların sahibləri də elə telefon kimi xüsusi olacaq. Təfərrüatlar isə aşağıdakı kimidir…

Dünyanın ən çox satılan kola markası “Coca-Cola”nın yeni telefonları işıq üzü görüb. Çinin ən gənc smartfon markası “Realme” tərəfindən istehsal edilən “Realme 10 Pro Coca-Cola Edition” həm texniki xüsusiyyətləri, həm də dizaynı ilə diqqət çəkib. Onu da deyək ki, smartfon təqdim olunduğu andan satışa çıxarılıb. “Coca-Cola” loqolu korpus dizaynı, xüsusi interfeys görünüşü, genişləndirilmiş aparatı və 255 dollarlıq təvazökar qiymət etiketi ilə satılacaq smartfonlardan cəmi 1000 ədəd istehsal edilib.


Arxa qapağın “Coca-Cola” üslubunda dizaynından əlavə, qutudan həm də çoxlu stikerlər çıxır. SİM kartı çıxarmaq üçün qutudan çıxan iynə isə çox fərqli dizayna malikdir. İynə butulka qapağı formasında hazırlanıb. Siz 0001-dən 1000-ə qədər unikal nömrəsi olan karta sahib ola bilərsiniz. İstehsalçının maskotu olan pişik heykəlciyi ilə satılan smartfonda “TOGG” ilə bənzər satış kampaniyası diqqətimizi çəkdi. “TOGG” kampaniyası çərçivəsində 2023 ədəd “TOGG” üçün “NFT” satışa çıxarılmışdı. Həmçinin 0001 və 2023 nömrələrindən ibarət “NFT”lər avtomobilin müxtəlif hissələrində xüsusi olaraq işlənmişdi.

“Realme 10 Pro Coca-Cola Edition” smartfonunun xüsusiyyətləri

Texniki cəhətdən “Realme 10 Pro Coca-Cola Edition” smartfonu əsas versiyadan çox fərqlənmir. Başqa sözlə, smartfonun xüsusiyyətləri və “Realme 10 Pro”nun xüsusiyyətləri eynidir. “Qualcomm Snapdragon 695” prosessoru, 8 GB RAM, 128 GB daxili yaddaş və 108 meqapiksellik əsas kameraya sahib “Coca-Cola Edition” smartfonunun qutusu və içindəkilər təbii ki, əsas modeldən fərqlənir.

Smartfon müvafiq olaraq, 120 Hz yeniləmə tezliyi ilə 6,7 düymlük “LCD” ekrana malikdir. Bundan əlavə, smartfonun interfeysi də bəzi dəyişikliklərə məruz qalıb. Enerji yığan zamanı animasiya şəklində butulkanın doldurulması nümayiş etdirilir. Divar kağızları və sistem nişanları da “Coca-Cola” üslubunda hazırlanıb. Səslər xüsusi komanda tərəfindən hazırlanıb.

Bildirişlər üçün xüsusi səslər və “Coca-Cola” ruhuna uyğun zəng melodiyası isə ilk dəfə “Coca-Cola Edition” smartfonunda işıq üzü görüb.“Realme 10 Pro Coca-Cola Edition” smartfonu artıq istehsalçının saytında satışdadır və öncədən sifariş edənlər fevralın 14-də rəsmi olaraq bu smartfonu satın ala biləcəklər. İlk çatdırılma da elə 14 fevral 2023-cü il tarixində həyata keçiriləcək. “Realme” onlayn mağazasının Hindistan bölməsində qiymət 20 999 hind rupisi (255 ABŞ dolları) təşkil edir. Onu da qeyd edək ki, “Realme 10 Pro Coca-Cola Edition” “Realme 10 Pro”dan cəmi 1000 rupi (12 ABŞ dolları) bahadır.

Posted 
Feb 11, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All