T

Texnologiya xidmətləri verən kanadalı bir startap şirkəti olan “Geometric Energy Corporation” (GEC), Elon Muskun şirkəti SpaceX ilə birgə reklam yerinə sahib bir peyk hazırlayır.

“CubeSat” adını verdikləri peykin bir üzündə reklam verəcəklərin istəyinə uyğun olaraq loqoların və ya reklamların yer alacağı bir ekran olacaq. Peykin orbitə göndərilməsi planlaşdırıldıqda, kifayət qədər ödəniş edən hər kəs istədiyi məzmunu səmada yayımlaya biləcək.
Sözü gedən bu layihə ilə markalar artıq özlərini səmada da nümayiş etdirəcək.

“CubeSat”a quraşdırılacaq selfie çubuğu ilə ekranda gedən reklamlar yaddaşda saxlanılacaq və istəyən hər kəs, peyk ekranını “YouTube” və ya “Twitch” vasitəsi ilə canlı olaraq izləyə biləcək.

Peykə reklam verə bilmək üçün isə etməli olduğunuz bir şey var, o da digər şirkətlərdən daha çox ödəniş təklifi etmək. Müəyyən bir müddət ən yüksək təklifi verən hər kəs reklamını yayımlaya biləcək.
“GEC” CEO-su Samuel Reid, bununla bağlı açıqlamasında vurğulayıb ki, “Loqolarını reklam olaraq peykdə yerləşdirmək istəyən şirkətlər ola bilər. Bəlkə də şəxsi ya da daha yaradıcı işlərini yayımlamaq istəyərlər. Ola da bilər ki, Pepsi və Coca-Cola da loqolarını “CubeSat”a vermək üçün bir-biri ilə yarışsın. Hər kəsin kosmosa əlinin çatmasını təmin edəcək bir şey yaratmağa çalışıram. Ümid edirəm ki, insanlar təhqiramiz, yararsız və ya alçaldıcı məzmunlar paylaşmaq üçün pullarını xərcləməzlər.”

“CubeSat” peykinin 2022-ci ilin başlanğıcında kosmosa göndərilməsi planlanır.

SpaceX CubeSat
Posted 
Aug 13, 2021
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All