Sony tərəfindən yayımlanan və Insomniac Games və Nixxes Software tərəfindən hazırlanan Marvel's Spider-Man Remastered və Marvel's Spider-Man: Miles Morales, PC üçün elan edildi.

Marvel's Spider-Man

Bu yaxınlarda edilən elana görə, Marvel's Spider-Man Remastered 12 avqustda PC üçün çıxış edəcək.  “Marvel's Spider-Man Remastered” siçan-klaviatura dəstəyi (olmazsa olmaz), şüa izləmə və bir neçə PC-yə xas yeniliklərlə gələcək.  Bundan əlavə, oyunun 3 fərqli hekayə “DLC”si də oyuna daxil ediləcək. Marvel's Spider-Man Remastered hazırda PS5 üçün, Marvel's Spider-Man isə PS4 üçün mövcuddur.

Marvel’s Spider-Man: Miles Morales

PC sahibləri üçün yeganə yaxşı xəbər Marvel's Spider-Man deyil, Marvel's Spider-Man Miles Morales də PC üçün elan edildi.  Ancaq hələlik dəqiq bir buraxılış tarixi yoxdue. Onun yalnız 2022-ci ilin payızında debüt edəcəyi gözlənilir. Hər iki oyunun PC təfərrüatları daha sonra paylaşılacaq. Onu da qeyd edək ki, bu oyun seriyası ümumilikdə 33 milyon nüsxədən çox satılıb.

‍

Posted 
Jun 3, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All