H

yundai”, reklam çarxı vasitəsiylə 2045-ci ilə qədər nəqliyyat vasitələri ilə havanı karbon qazıyla kirləndirməmə vədini verdi. 

“Hyundai”, gələcək nəsillərə daha yaxşı yaşanılacaq bir dünya bəxş etmək mövzusunda üzərinə düşən məsuliyyətin fərqində olduğunu yeni reklam çarxı ilə vurğulayır. 2045-ci ilə qədər havanı karbon qazı ilə kirləndirməyəcək bir marka olmağı hədəfləyən şirkətin bu mövzu ilə bağlı yayımladığı reklam filmi “Jung von Matt Neckar” imzasını daşıyır. “Hyundai” markasının hədəflərinə çatmaq üçün izləyəcəyi strategiya, elektrikli mobilite, hidrogen texnologiyası və yenidən emal istehsal planlarını ehtiva edir.

Marka kampaniyaya aid bir bloq paylaşımında, “Kampaniyamızla gələcək nəsli dünyaya gətirməklə, bütün ana olacaq qadınlara bir səs vermək istədik. Filmdəki duyğulandıran hekayə bütün dünyadakı valideynləri təbrik edirik və onların gələcəkdən olan gözləntilərini dilə gətirmələrinə icazə veririk. Həmçinin bu mövzuda səsini çıxarda bilməyən heyvanlar aləmindəki anaları da təbrik edirik. “Hyundai”, onların bütün səslərini eşidir və gücləndirir” deyə ifadə edib.

Posted 
Oct 26, 2021
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All