Yaradıcılıq, texnologiyastartap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Daxili İşlər Nazirliyi xəbərdarlıq edib

Daxili İşlər Nazirliyi Azərbaycan Polisi Günü ilə əlaqədar videomaterial  hazırlayıb VİDEO - AZƏRTAC

Nazirlik paylaşımında bildirib: “Sosial media, elektron poçt və ya SMS vasitəsilə göndərilən "Linkə keçid et, hədiyyə qazan" və fişinq məqsədi daşıyan saxta internet saytlarından ehtiyatlı olun. “Hədiyyə qazandınız” kimi anidən gələn gözlənilməz mesajlara inanmayın! Belə linklərə klikləməyin. Şəxsi məlumatlarınızı paylaşmayın. Heç bir ödəniş etməyin”.

Artıq "Facebook"da birdən çox profil hesabı yaradıla biləcək

Şirkətin rəsmi saytındakı bloq yazısında artıq "Facebook"da birdən çox şəxsi hesabın yaradılmasının mümkün olduğu açıqlanıb. Bu yenilik sayəsində istifadəçi əsas hesaba bağlı 4 müxtəlif şəxsi profil hesabı aça biləcək. Digər profilinizə girmək üçün çıxış etməyə ehtiyac qalmayacaq. Siz asanlıqla birbaşa digər profilinizə keçid edə biləcəksiniz.

Bu elektrikli velosiped şarj etmədən işləyə bilir. Bəs necə?

Fransız startapı "Pi-Pop" litium batareyaları olmayan elektrikli velosipedini təqdim edib. Bildirilib ki, bu elektrikli velosiped şarj etmədən də yola davam edə bilir. Brend bunu super kondensator batareyasına borcludur. Litium-ion batareyaları yerinə istifadə edilən akkumulyator velosiped hərəkətdə olarkən özünü şarj edə bilir. Normal istifadədə litium-ion batareyaların ömrü təxminən 6-7 ildir. Superkondensator batareyasının ömrü isə 10-15 ildir. Bunun əsas səbəblərindən biri onun doldurulmasına ehtiyac olmamasıdır. "Pi-Pop" elektrikli velosiped bu xüsusiyyətləri sayəsində məsafə məhdudiyyəti olmayan bir modeldir. Elektrikli velosipedin çəkisi 21,7 kq-dır.

"Fujifilm"dən yeni ani kamera: Instax Pal

Fujifilm’s new Instax Pal

"Fujifilm" instax mini seriyasına yeni model əlavə edir. Bu yeni modelin ən diqqət çəkən xüsusiyyəti onun kiçik ölçüdə olmasıdır. Çünki ani kamera modellərinin əksəriyyəti böyükdür. Satın alındıqda qutuda həm mini ölçülü kamera, həm də Instax Mini Link 2 foto printeri əldə edirsiniz. Bu mini kamera ilə çəkilmiş şəkillər istənilən vaxt yanındakı printerdən çap oluna bilər. Printeri daim kamera ilə gəzdirməyə ehtiyac qalmır.

"Tether"dən Avropa süni intellekt şirkətinə strateji investisiya! 

Tether Says Customers Can Once Again Deposit and Redeem Fiat - CoinDesk

"Tether" "Northern Data Group"a strateji sərmayə qoyduğunu elan edib. Şirkətin Baş Texnologiya Direktoru Paolo Ardoino bildirib: "Bu sərmayə Tether tokenlərinin gücünü və bütövlüyünü qoruyaraq, innovasiyaya sadiq qalmağımızı vurğulayır". Bununla birgə, ikilinin “Avropanın ən böyük müstəqil süni intellekt oyunçusu” olacağı bildirilib.

X "Circle" xüsusiyyətini dayandırır

Latest Twitter for Mac update adds support for 'Circle' feature - 9to5Mac

Uzun müddətdir istifadə edilən "Circle" xüsusiyyəti X tərəfindən bağlanır. İndi X adını daşıyan Twitter özü bu xüsusiyyəti belə izah etmişdi: “Twitter "Circle" öz fikirlərini daha kiçik qrupla bölüşmək istəyənlər üçündür. Siz Twitter "Circle"da kimin olduğunu seçirsiniz və yalnız əlavə etdiyiniz şəxslər "Circle"da paylaşdığınız tvitləri görə və cavablaya bilər". Bu xüsusiyyətin 31 oktyabrda X tərəfindən bağlanacağı bildirilib.

“Harry Potter”dan kimi görürük? Yeni "Uber Eats" reklamı təqdim edilib

“Uber Eats” “Get Almost Almost Anything” reklam kampaniyasını təqdim edib. Bir dəqiqəlik reklamda “Harry Potter” filminin tanınmış siması Tom Felton yer alır. Kampaniya xidmət vasitəsilə demək olar ki, hər şeyi sifariş etməyin mümkünlüyünü vurğulayır. Tom Felton sifariş etdiyi sehrli çubuqla təsadüfən qonşusunu bir anda yox edir. Bundan sonra başlayırlar həmin şəxsi axtarmağa…

“Amazon”un bu ev proyektoru hər şeyi ekrana çevirə biləcək

Bosch demoed a smart home projector four years ago that never arrived.
Şəkil: Bosch

“Reuters”in paylaşdığı xəbərə görə, "Amazon" istənilən səthi ekrana çevirə bilən ev proyektoru üzərində işləyir. Şirkət bu proyektor vasitəsilə müxtəlif səthlərdə mətbəx reseptləri və ya “Zoom” zəngləri kimi məzmunu nümayiş etdirməyi hədəfləyir. Cihaz irəlidə “Amazon”un ağıllı ev ekosisteminin bir hissəsi kimi xidmət göstərə bilər.

Posted 
Sep 22, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All