"

Grand Theft Auto” seriyası üzrə ekspert yutuber INTER, Grand Theft Auto 6-nın ümumi büdcəsinin 1 milyard dolları keçəcəyini və bu da ümumi oyun sənayesi tarixində ən bahalı oyun olacağını deyib.
Yayılan məlumata görə, GTA 6-nın ərsəyə gəlmə xərcləri 250 milyon dollar civarında olacaq. Bu pulun bir hissəsi isə marketinq, logistika və digər istiqamətlərə xərclənəcək. Oyunun kifayət qədər populyar olduğunu nəzərə alsaq, Rockstar Games “GTA 6”nın satışa çıxmasından sonra elə ilk aydaca xərcləri geri ala biləcək.

Grand Theft Auto seriyası oyun sənayesində ən populyar seriyalardan biri kimi tanınır. Grand Theft Auto 5 isə tarixdə ən çox satılan 2-ci oyundur. Onun tirajı 175 milyon nüsxəni ötüb. Onu qabaqlayan isə 238 milyon nüsxə ilə “Minecraft”dır. Hazırda tarixin ən yüksək büdcəli oyunu “Star Citizen”dir. oyunudur. Bu oyunun ərsəyə gəlməsi 500 milyon dollardan çox xərc aparıb.



Posted 
May 6, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All