Alimlər fosilləşmiş dinozavr ayaq izlərini təsnif edən süni intellekt əsaslı “Dino Tracker” tətbiqi hazırlayıblar.
The Guardian-ın xəbərinə görə, sistem nəticələrinin təxminən 90%-i mütəxəssis rəyləri ilə uyğun gəlir. Tətbiq 2 000-ə yaxın etiketlənməmiş ayaq izi görüntüsü üzərində öyrədilib və barmaq düzülüşü, daban mövqeyi kimi əsas forma xüsusiyyətlərini analiz edir. Layihə Edinburq Universiteti və Almaniyanın Helmholtz-Zentrum alimləri tərəfindən hazırlanıb, araşdırma nüfuzlu elmi jurnalda dərc olunub.
Dino Tracker açıq istifadəyə verilib və alimlərə dinozavrların hərəkətini və təkamülünü daha dəqiq araşdırmağa imkan yaradır.



