Domino's ABŞ-da sifarişlərini sürücüsüz nəqliyyat vasitəsi R2 ilə təslim etməyi sınaqdan keçirir.
Pandemiya müddətində artan onlayn alış-veriş və yemək sifarişləri çatdırılmanın gələcəyinə dair innovasiyaların nə qədər önəmli olduğunu göstərdi. Fast-food zinciri "Domino's" bu sahədə yeni bir addım attığını elan etdi. "Domino's", bu həftə etibarı ilə ABŞ-ın Houston əyalətində, Woodland Heights səmtindəki mağazasından müəyyən tarix və saat aralıqlarında öncədən ödəmə edərək pizza sifarişi verən seçilmiş müştərilərinin pizzalarını ilk sürücüsüz nəqliyyat vasitəsi olan R2 ilə təslim edəcək.
"Domino's"un baş vitse-prezidenti və innovasiyalardan cavabdeh olan şəxsi Dennis Maloney, "Markamızın avtomat çatdırılma sahəsi haqqında öyrənəcəyi hələ çox şey var. Bu proqram, müştərilərimizin təslimatlara necə münasibət göstərdiyini, robotlara necə davrandığını və bunun mağazadakı işlərə necə təsir edəcəyini bilməmizə kömək edəcək." dedi.
Çatdırılmanı həyata keçirəcək R2, ABŞ-ın robotlaşdırma şirkəti olan "Nuro"nun imzasını daşıyır.