Məqsəd bütün üçbucaqları çipsə çevirməkdir

“Doritos” yeni kampaniyasında dünyadakı üçbucaqların izinə düşüb.

Üçbucaq formalı çipsləri ilə demək olar ki, hər kəsin yaddaşına həkk olan “Doritos” ABŞ-dakı yeni kampaniyası ilə ətrafdakı bütün üçbucaqları çipsə çevirməyi hədəf götürür. “Goodby Silverstein & Partners” agentliyinin imzası olan kampaniyada insanlar “Doritos”un “Üçbucaq izçisi” (Triangle Tracker) adlı “Snapchat” AR obyektivindən istifadə edərək üçbucaq formalı istənilən şeyi kadra daxil edə biləcək. “Snapchat” isə xüsusi texnologiya ilə bu üçbucağı tanıyaraq “Doritos” çipsinə çevirəcək. Daha sonra “Snapchat”in yaradacağı kod iştirakçılara göndərilərək brendin internet saytında mükafata çevriləcək. Ən böyük mükafat məbləği 250 min dollardır.

“Üçbucaq izçisi” obyektivinin 2022 MTV Video Musiqi Mükafatlarında “Offset” tərəfindən təqdim edilməsi gözlənilir. “Doritos” səhnəsi ekranlarda görünən zaman üçbucağı skan edənlər gələnilki mükafatlandırma gecəsinə bilet qazanmaq şansı əldə edə biləcəklər.

Kampaniya həmçinin “TikTok”da “challenge” ilə dəstəklənəcək. Sentyabrın 25-dək davam edəcək yarışda ən böyük, kreativ və “cool” üçbucağı tapan adama 15 min dollar pul mükafatı təqdim ediləcək.


Bundan əlavə, açıq havada da üçbucaq formalı binalar “Doritos” çipslərinə çevriləcək. Bu binalar ilə çəkdikləri selfiləri “TikTok”da paylaşan istifadəçilər də həmçinin 15 min dollar pul mükafatı qazanmaq şansı əldə edəcəklər.

“Doritos” tək bunlarla kifayətlənmir. Rəsmi olmasa da, o, “Fortnite” ilə əməkdaşlıq etməyə başlayıb. “Doritos üçbucağı adası” yaradan marka “StreamElements” tərəfindən hazırlanmış “TriangleBot” ilə oyunlarda da üçbucaqları “Doritos”a çevirmək imkanı verəcək.

Posted 
Aug 30, 2022
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All