Dövlət satınalma müqavilələri artıq vahid elektron sistemdə olacaq.
Dövlət satınalmalarında şəffaflıq və operativliyi artırmaq məqsədilə Maliyyə Nazirliyinin “Rəqəmsal dövlət maliyyəsi” sisteminin tərkib hissəsi olan “e-müqavilə” altsistemi istifadəyə verilib. Aprelin 10-dan etibarən büdcə təşkilatları mal, iş və xidmətlər üzrə müqavilələri mərhələli şəkildə bu sistem vasitəsilə elektron qaydada bağlayacaq və idarə edəcək.
Sistem müqavilələrin hazırlanması, razılaşdırılması və imzalanmasını vahid platformada təmin edir, proseslərin daha şəffaf izlənməsinə imkan yaradır. Yeni alət kağız dövriyyəsini azaldır, əməliyyatları sürətləndirir və insan faktorundan yaranan riskləri minimuma endirir.
Daha çox
Texnologiya
kateqoriyasından
View All



