Davam edən Ukranya-Rusiya müharibəsinə dünya brendləri reaksiyalarını göstərməyə davam edir. Bu sanksiyalara qoşulan firmaların siyahısı getdikcə artıq.
Bu gün sizlər üçün Rusiya hökümətinin işğalına cavab kimi qoyulan ən təsirli sanksiyaları siyahıya yığdıq.
H&M
Geyim brendi “H&M” Rusiya və Ukranya arasında olan çaxnaşmaların yarada biləcəyi təhlükələr səbəbi ilə müvəqqəti olaraq Ukranyadakı mağazaları bağlayıb. Bundan əlavə şirkət Rusiyadakı mağazalarında satışları dayandırdığını da bildirib.
Roku, Disney, Sony və Warner Bros.
Rəqəmsal yayım təminatçısı “Roku” Rusiya dövlət televiziyası “RT”ni (Russia Today) Avropa və Amerika bölgəsində bloklayıb. Bundan başqa Disney, Sony və Warner Bros. kimi dünyanın ən məşhur film studiolarının filmlərin kinoteatrlardı nümayişi dayandırılıb.
FIFA
Bazar ertəsi “FIFA” və Avropa Futbol Assosiasiyaları İttifaqının Rusiya komandasının yarışmasını qadağa qoyduqdan sonra, “EA Games”in verdiyi açıqlamada şirkətin “FIFA 2022” və xokkey oyunu “NHL 2022” oyunlarından Rusiya komandalarını siləcəyini bildirib.
Coinbase
Düyanın ən böyük kripto-birjalarından biri olan “Coinbase”in Rusiyada fəaliyyətini yarı dayandırıb. Baş İcra Direktoru Armstronqun verdiyi açıqlamada, sadə vətəndaşların maliyə fəaliyyətlərini dayandarmayacağını bildirib. Onun sözlərinə görə, Rusiyada kriptovalyutaları əsas valyuta kimi işlədən istifadəçilərinin sayı heç də az deyil. Tam dəstəyin kəsilməsi onlara çox böyük problemlər yarada bilər. Bundan başqa qanunu müstəvidə ABŞ-nin verəcəyi hər bir əmrə əməl edəcəklərini də açıqlayıb.
Spotify
Spotify Rusiyadakı ofisini qeyri-müəyyən müddətə bağladı və ölkənin "Ukraynaya əsassız hücumuna" cavab olaraq “RT” və “Sputnik”ə məxsus olan bütün məzmunları platformasından silərək digər texnologiya liderləri “Google” və “Apple” ilə eyni addımı atdı.
Honda
Honda avtomobillərinin və motosikletlərinin Rusiyaya ixracını dayandırdı, şirkətin sözçüsü çərşənbə günü “Reuters” agentliyinə bunun daşınma və ödəniş çətinlikləri səbəbindən olduğunu bildirib.
F1
“BBC”nin verdiyi məlumata görə, “Formula 1” Rusiya Qran Prisinin promouteri ilə müqaviləsini ləğv edib, bu səbəbdən gələcəkdə Rusiyada heç bir yarış olmayacaq.
Boeing
Boeing çərşənbə axşamı bildirib ki, Rusiya aviaşirkətlərinə texniki xidmət, ehtiyat hissələri və texniki dəstək xidmətləri ilə yanaşı, Moskvada əsas əməliyyatları dayandırıb və əlavə edib ki, Kiyevdəki ofisini bağlayıb.