Dünyada sadəcə 16% insan süni intellektdən yararlanırmış/

Araşdırmaya görə, dünya əhalisinin təxminən 6,8 milyardı indiyə qədər heç bir süni intellekt alətindən istifadə etməyib. Cəmi 16% — təxminən 1,3 milyard insan pulsuz çatbotlardan yararlanır.

Aylıq ödənişli süni intellekt xidmətlərindən istifadə edənlərin sayı isə 15–25 milyon nəfər civarındadır (0,3%). Kod yazma alətlərindən aktiv istifadə edənlər isə cəmi 2–5 milyon nəfərdir ki, bu da dünya əhalisinin təxminən 0,04%-ni təşkil edir.

Ekspertlər bildirirlər ki, süni intellekt bacarıqları hələ ilkin mərhələdədir və bu sahədə erkən təcrübə qazananlar yaxın illərdə ciddi üstünlük əldə edə bilərlər.

‍

Posted 
Feb 25, 2026
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All