D

ünyanın ən böyük “Məhsul Sahibi” İcması Bakıya gəlir.

Dünyanın ən böyük “Məhsul Sahibi” İcması olan Product Tank artıq Bakıda fəaliyyətini rəsmiləşdirdi. Product Tank Baku-nun fəaliyyəti Azərbaycanda Şahlar Dəmirli tərəfindən idarə olunacaq, tədbirlərin təşkili Asif Əliyev və BDA-nın dəstəyi ilə həyata keçiriləcək.

🔗Link: https://www.mindtheproduct.com/producttank/

Product Tank - Dünyanın Ən böyük Məhsul Sahibi icması olan - Mind Of Product tərəfindən yaradılıb. Dünyanın 200-dən çox ölkəsində, 13 ildir ki fəaliyyət göstərir və artıq bu innovativ cəmiyyətə Azərbaycan da qoşuldu. Product Tank-ın Azərbaycandakı əsas fəaliyyəti Məhsulların və Məhsul Sahiblərinin inkişafı istiqamətində Qlobal təcrübəyə əsaslanan Təlimlər, Podkastlar, Görüşlər, Vörkşop-lar və digər tədbirlər keçirməkdir. Təlimlər, görüşlər yerli təhsil mərkəzi olan Bakı Dizayn Akademiyası (BDA)-da təşkil ediləcək. Bu sayədə, dünya nəhənglərinin ərsəyə gətirdiyi məhsul təcrübələrini yerli kadrlara ötürmək mümkün olacaq.

Bir neçə ay bundan öncə, Şahlar Dəmirli və Asif Əliyev yerli məhsul sahiblərini biraraya toplamış, onlarla rahat kommunikasiya üçün yaradılan qrupun üzvlərinin sayı qısa müddətdə 550+ nəfərə çatmışdır.

Telegram Qrup: https://t.me/po_pm_community

Bütün yerli mütəxəssisləri bu qrupda biraraya topladıqdan sonra qlobal təcrübələri öyrənmək, yeni məhsullar ərsəyə gətirmək - Azərbaycanın yeni innovativləşdirmə və rəqəmsallaşdırma istiqamətində atdığı addımlardan növbətisi olacaq. Bu sahəyə maraq göstərən gənc məhsul sahiblərini həvəsləndirəcək görüşlərin oktyabr ayından etibarən keçirilməsi nəzərdə tutulub.

🔸 Şahlar Dəmirli - https://www.linkedin.com/in/shahlardamirli
🔹 Asif Əliyev - https://www.linkedin.com/in/asif-aliyev-apm-pfq-b1a038171/
🔸 BDA - https://bda.edu.az/

Posted 
Sep 19, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All