B

ir zamanların ən məşhur və hər kəsi güldürən “Məhəllə” filmi indi “OBA” reklam çarxında.

Oba yeni reklam filmi ilə bizlərə nostalgiya yaşadıb deyə bilərik. Marka, yayımladığı reklam çarxında ən sevilən aktyorların iştirak etdiyi “Məhəllə” filmindən ilhamlanıb. Kinoda baş rollarda çıxış edən Eliş və Roşka bu reklam çarxında da baş qəhrəmanlardandır. “Məhəllə” filminin ən yadda qalan cümlələrindən biri də Məzi obrazı ilə sevilən mərhum Elçin Həmidovun “Yaxın qonşu yaxşıdır yoxsa uzaq qohum?” sözləridir. “OBA” da bundan ilhamlanaraq bu reklam filmində özünü qonşu adlandırıb. Elə bu dəfə Eliş və Roşkanın qonşusu Məhəbbət yox məhz “OBA”dır. 

Qonşuluqda yerləşən “OBA”ya daxil olan çarxın qəhrəmanları marketdən məmnun ayrılaraq Məzinin sualına cavab tapıb və yaxın qonşunun daha yaxşı olduğunu etiraf edir. “Hər məhlənin öz “OBA”sı” var sloqanı ilə yayımlanan reklam çarxı sosial mediada izləyicilər tərəfindən də xoş qarşılanıb. 

Posted 
Oct 8, 2021
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All