Elon Musk-ın gəlişini gözləyirik. Biz bunun üçün son günə qədər çalışacağıq”.

Elon Musk: Revolutionary private space entrepreneur | Space

Oxu.Az xəbər verir ki, bu fikirləri “Azərkosmos”un əməkdaşı Fidan Behbudova 74-cü Beynəlxalq Astronavtika Konqresinin brifinqində çıxışı zamanı deyib. O bildirib ki, Elon Musk-ın rəhbəri olduğu “SPACE X” şirkətinin bu konqresə marağı çoxdur. Onlar özləri də burada iştirak üçün can atırlar:

“Bizim bu məsələ ilə bağlı hələ də gözləntimiz var. Son günə qədər Elon Musk-ın Azərbaycana gəlməsi gözlənilir, amma dəqiq informasiya vermək hələ ki tezdir”.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov isə RİNN rəhbəri Rəşad Nəbiyevin Elon Musk ilə görüşünə diqqət çəkib:

“Elon Musk-ın proqramı çox dolu olur. Buna rəğmən, onun nazirlə görüşü və bir sıra mövzularda aparılan müzakirələrə əsasən deyə bilərəm ki, onların da bu konqresin ölkəmizdə keçirilməsinə marağı var. Son günə qədər Elon Musk-ın gəlmə ehtimalı var”.

Posted 
Sep 14, 2023
 in 
Breaking News
 category

Daha çox

Breaking News

 kateqoriyasından

View All