acebook və “Ray-Ban”ın əsas şirkətiolan “Essilor Luxottica”nın birgə ərsəyə gətirdiyi eynəklər artıq iki gün bundan qabaq bazara çıxarıldı.
Yeni ağıllı eynəksayəsində istifadəçilər musiqi dinləyə, zəng edə, şəkil çəkə və qısa videolar çəkəbilər. Və ən əsası isə bütün bunları “Facebook”da, “Instagram”da, “Whatsapp”da paylaşa biləcəklər. "Ray-Ban Stories"adlı bu eynək seriyasının 299$ -a satılacağı bildirilib.
“Facebook”un virtual və artırılmış reallıq sahəsində həyata keçirdiyi “Facebook Reality Labs” çərçivəsində ərsəyə gətirilən bu eynək vasitəsi ilə şəkil, video çəkmək üçün eynəyin üzərində olan düymə istifadə ediləcək. Həmçinin istifadəçilər “Facebook Assistant” vasitəsi ilə səsli şəkildə, əllərini istifadə etmədən də şəkil və video çəkə biləcək.
“Ray-Ban Stories” iki kamera, mikrofon, səsgücləndirici və “Snapdragon” prosessoru ilə təchiz edilib. Eynək satışa xüsusi dəri keysi ilə çıxarılıb. Bukeysi istifadəçilər həmçinin eynəyin batareyasını doldurmaq məqsədi ilə dəistifadə edə biləcəklər. Mənfi xüsusiyyəti isə sudan qorunma özəlliyinin olmamasıdır.
Hər bir şeydə olduğu kimi bu eynəklərdə də bir çoxlarını güvənlik məsələsimaraqlandırır. Xəbərimiz olmadan başqa birinin videomuzu çəkmə ehtimalı varmı?! “Essilor Luxottica ”açıqlamasında qeyd edib ki, video çəkərkən əl eynəkdə olacağına görə qarşı tərəfbunu anlayacaqdır. Həmçinin bu 30 saniyelik videonun heç kimin gizliliyini təhlükə altına atmayacağını qeyd edən şirkət, eynəkdə tətbiq açılarkən istifadəçiyə bildiriş gələcəyini də vurğulayıb.
20 fərqli çeşidə malik bu ağıllı eynək hazırda internetdə, eynizamanda ABŞ-da, Avstraliyada, Kanadada, İrlandiyada, İtaliyada, İngiltərədə satışa çıxarılıb.