C

annes Lions” Beynəlxalq Yaradıcılıq festivalı bu gün FCB-nin 148 illik tarixində ilk dəfə çox arzulanan “İlin Şəbəkəsi” titulunu qazandığını elan etdi.

FCB Health Network “İlin Səhiyyə Şəbəkəsi”, FCB Health Network şirkəti olan AREA23 “İlin Səhiyyə Təşkilatı” titulunu və bununla bərabər iki “Titanium” və beş “Grand Prix” ehtiva edən əlamətdar həftəni qeyd etdikdən sonra FCB “İlin Şəbəkəsi” kimi nüfuzlu bir titul qazanmaqla da müvəffəqiyyətini taclandırdı. FCB ümumilikdə 2 “Titanium”, 5 “Grand Prix”, 15 “Gold Lion”, 26 “Silver Lion” və 32 “Bronze Lion” olmaqla toplamda möhtəşəm 80 Lion qazanmağı bacardı. Xüsusilə də belə çətin zamanda bu heç də asan bir nailiyyət deyil. 

FCB 148 illik tarixində ilk dəfə “İlin Şəbəkəsi” ünvanını qazandı

“FCB-nin bu ilki tarixi nailiyyəti beynəlxalq şəbəkəmizin işini təşkil edən yaradıcı rəhbərlərin misilsiz əməyinin nəticəsidir” – deyə FCB Worldwide baş icraçı direktoru Carter Murray bildirdi. Baş icraçı direktor kimi Murrayin ən əsas prioritetlərindən biri hər zaman istedadlı şəxslərin inkişaf edə və irəliləyə biləcəyi bir iş mühiti yaratmaq olmuşdur: 

“Bu, eyni zamanda qlobal baş yaradıcı direktor Susan Credlenin yaradıcı baxışının da sübutudur.”
Posted 
Jul 6, 2021
 in 
Yaradıcılıq
 category

More from 

Yaradıcılıq

 category

View All

Join Our Newsletter and Get the Latest
Posts to Your Inbox

No spam ever. Read our Privacy Policy
Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.