F

ull Energy, əyləncəli sosial media paylaşımları arasına yeni “GTA(Grand Theft Auto)” konseptində çəkdiyi videoları da daxil edib.

May ayından etibarən indiyə kimi çəkilib paylaşılan bu 4 videonun hər biri 20 saniyə davam edir. Bütün videoların konsepti belədir ki, verilən missiya yerinə yetirilir və Full Energy içildikdən sonra enerjiləri bərpa edilir. Sonda isə ekrana “GTA” fontu ilə yazılmış “Missiya full tamamlandı. Respect” sloqanı yazılır. Videolar Endorphin Baku reklam agentliyi tərəfindən hazırlanır.

İlk video döyüşrinqində, döyüşün qalibiyyətlə tamamlanması ilə bağlı çəkilib. Bu video Instagramda müsabiqə olaraq paylaşılmışdı. #fullmissiya adlı bu müsabiqədə 25 nəfərə 200 manat dəyərində pul mükafatı verildi.

İkinci video da eyni konseptdə gənclər ilə bağlı çəkilmişdir. Üçüncü video avtomobil təmirininuğurlu başa çatması, dördüncü video isə inşaat işçilərinin hazırladıqları layihənin müvəffəqiyyətlə tamamlanması mövzusundadır.

Full Energy içdikdən sonra missiyanın tamamlanması konseptində çəkilmiş bu videoların davamının gəlməsi gözlənilir.

Posted 
Jul 3, 2021
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All