D

ünyada ilk dəfə olaraq xəstəliklərin müalicəsində CRISPR (genetikada edilən düzəlişlər) texnologiyasından istifadəyə icazə verilib. Bu icazəni alan ilk texnologiya Casgevy kimi tanınan Exa-cel olub.

What Is CRISPR Gene Editing and How Does It Work? – Cleveland Clinic

Böyük Britaniyada səlahiyyətlilər iki irsi qan xəstəliyini müalicə etmək üçün Casgevy adlı CRISPR terapiyasının istifadəsini təsdiqləyiblər.

Noyabrın 16-da Böyük Britaniyanın "Medicines and Healthcare products Regulatory" Agentliyi (MHRA) tərəfindən verilən icazə oraq hüceyrəli anemiyanın və transfuziyaya bağlı Aralıq dənizi anemiyasının müalicəsində istifadə olunacaq. Əvvəllər ABŞ Qida və Dərman İdarəsi (FDA) dərmanın klinik istifadə üçün təhlükəsiz olduğunu bəyan etmişdi, lakin onun müalicələrdə istifadəsinə icazə verməmişdi.

MHRA-nın qərarı tarixi bir hadisə hesab olunur. Bu qərardan sonra gen terapiyası çox daha populyar və qəbul edilən bir üsula çevriləcək və bir çox irsi xəstəliklərlə mübarizədə istifadə edilə bilər. Bununla belə, qərar davamlılıq, xərclər və uzunmüddətli təsirlərlə bağlı cavablandırılması lazım olan bir çox sual doğurur.

Posted 
Nov 24, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All