T

ürkiyənin sürətli çatdırılma şirkəti Getir, “GetirÇarşı” üçün ilk yerli kampaniyasını başlatdı.

2015-ci ildə İstanbulda xidmət göstərməyə başlayan “Getir”, funksional iş modeli ilə sürətli bir şəkildə böyüyüb aldığı ciddi sərmayelərin nəticəsində də xaricdə fəaliyyət göstərməyə başlamışdı. Marka, İngiltərə, Hollandiya, Almaniya, Fransa və İspanyadan sonra son olaraq İtalya bazarına da daxil olması ilə hazırda toplam 7 fərqli ölkədə xidmət göstərir. İl sonuna qədər isə Amerika bazarına da daxil olmaq hədəfini qarşısına qoyub.

Dünən axşam yayımladığı reklam filmində xidmət şəbəkəsindəki böyüməni açıqlayan marka, “GetirÇarşı” ilə artıq o səmtdəki satıcılardan da alış-veriş etməyin mümkün olduğunu vurğulayıb. Bu yenilik sayəsində istifadəçilər sadəcə “Getir” depolarında olan məhsullar arasından seçim etmək yerinə məhəllə mağazalarından, qəssabdan və ya tərəvəz, çərəz kimi məhsullar satan satıcılardan da alış veriş edə biləcək. Bununla xidmət şəbəkəsini genişlədən marka, “GetirÇarşı” sayəsində market şəbəkəsi və pandemiya səbəbi ilə çətin günlərdən keçən məhəllə satıcılarının da üzünü güldürəcək.

Reklamdakı musiqi isə bu yeniliyi tamamlayır. İstanbuldakı bir məhəllənin hekayəsindən bəhs edən “Mahallenin Muhtarları” adlı serialda oxunan musiqi bu çarxda yenidən özünəməxsus şəkildə ifa edilmişdir. 


Posted 
Oct 9, 2021
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All