Gömrük Məcəlləsində yeni dəyişikliklər müzakirəyə çıxarılır.
Yeni layihəyə görə, Gömrük sərhədini keçdikdən sonra 6 ay ərzində rəsmiləşdirilməyən və ya prosesi tamamlanmayan mallar və nəqliyyat vasitələri dövlət mülkiyyətinə keçirilə bilər. Bu dəyişiklik Gömrük Məcəlləsi üzrə yeni layihədə nəzərdə tutulur.
Layihə Milli Məclis-in 1 may tarixli plenar iclasında müzakirəyə çıxarılacaq və qəbul ediləcəyi halda yeni qayda tətbiq olunacaq. Eyni zamanda təklifə görə malların gömrük dəyəri artıq yalnız Azərbaycan manatında bəyan ediləcək ki, bu da qiymətləndirmə prosesini vahid standart üzrə aparmağa imkan verəcək.
Daha çox
Breaking News
kateqoriyasından
View All



