G

oogle axtarış sisteminə Instagram hekayələrinə bənzər bir funksiya gətirmək üçün hazırlaşır.


Google axtarış sisteminə inteqrasiya olunacaq hekayə funksiyası “Qeydlər” adlanacaq. İstifadəçilər axtarış edəcəyi istənilən söz ilə bağlı hekayələr yarada və hekayələri eyni sözü axtaran digər istifadəçilərə göstərə biləcəklər. Hekayələrin paylaşılması "Google Search"ə əlavə olunacaq alət vasitəsilə həyata keçiriləcək.

Google-un hekayə xüsusiyyəti digər sosial şəbəkə platformalarından biraz fərqlənir. Burada siz izlədiyiniz insanların hekayələrini deyil, etdiyiniz axtarışlara uyğun olaraq hekayələr görəcəksiniz.

Qeyd edək ki, hekayəni paylaşan istifadəçinin adı profil şəkli bütün digər istifadəçilərlə paylaşılacaq. Şəxsi məlumatlar məxfi saxlanılacaq. İstifadəçilər başqasının paylaşdığı hekayəni bəyənə biləcəklər.

Posted 
Aug 24, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All