G

oogle tərəfindən Leonardo da Vinçinin əlyazmaları üçün xüsusi onlayn arxiv yaradılıb.

Google Arts & Culture ziyarətçilərin müxtəlif mövzular və hekayələr üzrə Leonardo da Vinçinin rəsmlərinə baxa biləcəyi "Inside A Genius Mind" adlı onlayn təcrübə təşkil edib.


Google Leonardo da Vinçiyə həsr olunmuş yeni onlayn verilənlər bazası/arxivi yaradıb. Google Arts & Culture-ın bir hissəsi kimi yaradılmış proqram üçün Milli İncəsənət Qalereyası, Britaniya Kitabxanası da daxil olmaqla 28 müxtəlif qurum 8 ölkə ilə əməkdaşlıq edilib. Arxiv "bu günə qədər yaradılmış ən böyük da Vinçi arxivi" kimi elan edilir.


Leonardo da Vinçi intibah dövründə yaşamış filosof, astronom, memar, mühəndis, ixtiraçı, riyaziyyatçı, anatomist, musiqiçi, heykəltəraş, botanik, geoloq, yazıçı və rəssamdır. O həyatı boyu bütün bu sahələrdə araşdırma edib, öz əl yazıları ilə bir sıra qeydlər aparıb. Təxminən 6000 səhifəni əhatə edən bu qeydləri indi süni intellekt ilə birgə yaradılmış təcrübə ilə öyrənmək olar. Bu immersive təcrübə bütün bunları 6 cild, 718 səhifə 3000-dən çox illüstrasiya təhlil edərək birləşdirir.

Posted 
Aug 23, 2023
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All