A

xtarış sistemi “Google” bir çox proqramda olduğu kimi istifadəçilərinə artıq “Dark Mode” seçimini də təklif edəcək.

“Google”, bir çox tətbiqdə artıq uzun müddətdir ki, var olan “Dark Mode” seçimini öz istifadəçilərinə təqdim etmək qərarına gəldi. “Google” Məhsul Dəstək Meneceri Hung F., bu özəlliyi hələ ki, limitli sayda istifadəçinin istifadə edə biləcəyini açıqladı. Eyni zamanda tamamilə keçidin isə önümüzdəki bir neçə həftə içərisində baş tutacağını vurğulayıb.

İstifadəçilər “Dark Mode”u hələ sadəcə komputerdən daxil olarkən aktivləşdirə biləcək. Bu özəlliyin sizdə olub olmadığını kontrol etmək üçün ekranınızı Google axtarış səhifəsinin ən altına sürüşdürüb Tənzimləmələr > Axtarış tənzimləmələri > Görünüş hissəsinə baxa bilərsiniz.

Posted 
Sep 19, 2021
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All