Google DeepMind Gemini tətbiqində yeni generativ musiqi modeli – Lyria 3-ü beta versiyada istifadəyə verib.

Model mətn, şəkil və ya video əsasında 30 saniyəlik musiqi trekləri yaradır. Sistem avtomatik söz, vokal və instrumental hissələr hazırlayır. İstifadəçilər janr, temp və ovqat kimi parametrləri seçə bilirlər.

Google bildirir ki, bütün nəticələr SynthID su nişanı ilə işarələnir. Model orijinal məzmun üçün nəzərdə tutulub və müəllif hüquqları ilə bağlı qoruyucu mexanizmlər daxildir.

Posted 
Feb 19, 2026
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All